Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir V.Javoronkova/
Dünən Tbilisidə ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirləri Riçard Morninqstar və Con Heffern arasında görüş keçirilib. Bu barədə çərşənbə günü Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Görüş regionda ABŞ səfirlərinin daimi məsləhətləşmələri çərçivəsində baş tutub.
Regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland da iştirak edib.