...

Gürcüstan parlamentinin binası tədqiqat obyektinə çevrilib

Siyasət Materials 29 Noyabr 2012 13:36 (UTC +04:00)
Kutaisidə yerləşən Gürcüstan Parlamenti binasındakı vəziyyətin öyrənilməsinə mütəxəssislər cəlb olunub.
Gürcüstan parlamentinin binası tədqiqat obyektinə çevrilib

Gürcüstan, Tbilisi, 29 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Kutaisidə yerləşən Gürcüstan parlamenti binasındakı vəziyyətin öyrənilməsinə mütəxəssislər cəlb olunub. Binanın havasından nümunələr götürülüb. Çünki binada çalışan əməkdaşların vəziyyəti tez-tez pisləşir.

Trend-in məlumatına görə, qanunverici orqana baş çəkən "Qamma" elmi-tədqiqat şirkətinin nümayəndələri binanın vizual audutini aparıblar. Habelə mütəxəssislər sensitiv sahələri və çoxadamlı otaqları yoxlayıblar. Onlar havadan, sudan nümunələr götürüblər, temperaturu, rütubəti, havanın hərəkət sürətini ölçüblər, radiasiyanın səviyyəsini öyrəniblər.

Laborator yoxlamaların nəticələri təxminən bir neçə həftədən sonra məlum olacaq. Əməkdaşların vəziyyətinin tez-tez pisləşdiyi otaqlara xüsusi diqqət yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti