Gürcüstan, Tbilisi, 3 dekabr /Trend, müxbir N.Kirsxaliya/
ABŞ dövlət katibinin xalq diplomatiyası və ictimai işlər üzrə ikinci müavini Bey Fenq dekabrın 3-4-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
Fenq regiona səfəri çərçivəsində Bakı, habelə Tbilisi və Yerevanda olacaq. Bu barədə bazar ertəsi Trend-ə ABŞ-ın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Fenq ABŞ səfirliyinin ingilis dili üzrə proqramının və ABŞ hökumətinin təhsil proqramının tələbələri və iştirakçıları ilə görüşəcək.
Bey Fenqin jurnalistikada 11 illik iş təcrübəsi var.