...

Mətbuat Şurası icazəsiz aksiyada jurnalistlərin davranışını yoxlayıb

Siyasət Materials 10 Dekabr 2012 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/

Mətbuat Şurasının monitorinq qrupu bu gün Bakı şəhərinin mərkəzində keçirilmiş icazəsiz aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparıb.

Şuradan Trend-ə verilən məlumata görə, tərkibinə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının da daxil olduqları monitorinq qrupunun üzvləri müəyyənləşdiriblər ki, icazəsiz aksiyanı işıqlandıran jurnalistlər üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar. Onların peşə fəaliyyətlərini yerinə yetirmələrinə hər hansı maneə törədilməsi faktı qeydə alınmayıb.

MŞ eyni zamanda bildirir ki, bu gün keçirilmiş aksiyanı işıqlandıran hər hansı jurnalist problemlərlə üzləşməsinə dair Şuraya müraciət etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti