...

İlham Əliyev Polşa Prezidenti Administrasiyasının rəhbəri, İsveç və Bolqarıstanın xarici işlər nazirlərini qəbul edib

Siyasət Materials 12 Dekabr 2012 14:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də Polşa Respublikası Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskini, İsveç Krallığının xarici işlər naziri Karl Bildti və Bolqarıstan Respublikasının xarici işlər naziri Nikolay Mladenovu qəbul edib.
İlham Əliyev Polşa Prezidenti Administrasiyasının rəhbəri, İsveç və Bolqarıstanın xarici işlər nazirlərini qəbul edib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də Polşa Respublikası Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskini, İsveç Krallığının xarici işlər naziri Karl Bildti və Bolqarıstan Respublikasının xarici işlər naziri Nikolay Mladenovu qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən nümayəndə heyəti üzvlərinin təmsil etdikləri ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi. Nümayəndə heyətinin üzvləri Avropa İttifaqının və təmsil etdikləri ölkələrin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdilər.

Görüşdə, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təkcə enerji sektorunda deyil, iqtisadiyyatın digər istiqamətlərində, o cümlədən sərmayə qoyuluşu sahəsində də inkişaf etdirilməsinin önəmi qeyd olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti