...

Elmar Məmmədyarov İstanbula səfər edəcək

Siyasət Materials 14 Dekabr 2012 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Dekabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında iştirak etmək məqsədilə İstanbul şəhərinə səfər edəcək.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyətinin, QDİƏT-Avropa İttifaqı əməkdaşlığının, QDİƏT-də müşahidəçi statusunun uzadılması üçün müraciətlərin, QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyətinin, "QDİƏT-in İqtisadi Gündəliyi: artan tərəfdaşlığa doğru" sənədindən irəli gələn tədbirlərin nəzərdən keçirilməsi və təşkilatın fəaliyyəti ilə bağlı gündəlikdə olan digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti