...

Dünya liderləri ABŞ-da baş vermiş faciə ilə əlaqədar başsağlığı veriblər

Siyasət Materials 15 Dekabr 2012 10:48 (UTC +04:00)
Dünya liderləri və beynəlxalq təşkilatların nümayəndələri Konnektikut ştatının Nyutaun şəhərində Sendi-Xuk məktəbində baş vermiş faciə ilə əlaqədar amerikalılara başsağlığı veriblər.
Dünya liderləri ABŞ-da baş vermiş faciə ilə əlaqədar başsağlığı veriblər

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Dünya liderləri və beynəlxalq təşkilatların nümayəndələri Konnektikut ştatının Nyutaun şəhərində Sendi-Xuk məktəbində baş vermiş faciə ilə əlaqədar amerikalılara başsağlığı veriblər. Bu barədə Trend RİA Novostiyə istinadən xəbər verir.

Qeyd edək ki, atışma nəticəsində 28 nəfər həlak olub.

ABŞ-da ibtidai məktəbdə baş vermiş qanlı hadisə ilə əlaqədar öz kədərlərini bildirənlər arasında BMT-nin baş katibi Pan Gi Mun, Aİ-nin ali komissarı Ketrin Eşton, Avropa Komissiyasının sədri Joze manuel Barrozu, Böyük Britaniya Kraliçası II Yelizaveta, Britaniyanın Baş naziri Devid Kemeron, Fransa Prezidenti Fransua Olland və başqaları var.

Qeyd edək ki, 20 yaşlı Adam Lanza cümə günü ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərində ibtidai məktəbdə qanlı qırğın törədib. O, 28 nəfərə atəş açıb, onlardan 20-si 5-10 yaşlı uşaq olub. Atışma nəticəsində cinayətkar özü də ölüb. Hadisə ilə əlaqədar ABŞ-da dörd günlük matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti