...

İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 15 Dekabr 2012 15:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açılışında iştirak edib.
İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı 15 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilb ki, sarayın yenidən qurulmasına 2011-ci ilin iyununda başlanılıb və cari ilin avqustunda başa çatdırılıb. Mədəniyyət Sarayının ümumi sahəsi 1472 kvadratmetrdir. Binanın foyesində Ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinin inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb. Mədəniyyət Sarayının tamaşa zalında 135 tamaşaçı yeri var. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar və məşq zalları yaradılıb, rejissor pultu quraşdırılıb.

Dövlət başçısı sarayın ikinci mərtəbəsindəki rəsm qalereyası ilə də tanış olub.

Qeyd edilib ki, burada Füzuli rayonunda arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar və 2 nömrəli uşaq incəsənət məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunur. Mədəniyyət Sarayında yaradılan yüksək şərait burada çalışan kollektivlərə daha yaxşı işləmək imkanı verəcək. Prezident sarayda yaradılan şəraitdən razılığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti