...

Türkiyə pilotsuz təyyarənin yeni növünün istehsalına hazırlaşır

Siyasət Materials 18 Dekabr 2012 15:22 (UTC +04:00)
Türkiyənin Aerokosmik Texnologiyalar Elmi-Araşdırma Mərkəzi (UZAYTEM) "Tusaş" avtomobil sənayesi şirkəti ilə birgə pilotsuz uçuş aparatlarının yeni növünün istehsalına hazırlaşır.
Türkiyə pilotsuz təyyarənin yeni növünün istehsalına hazırlaşır

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Aerokosmik Texnologiyalar Elmi-Araşdırma Mərkəzi (UZAYTEM) "Tusaş" avtomobil sənayesi şirkəti ilə birgə pilotsuz uçuş aparatlarının yeni növünün istehsalına hazırlaşır. Bu barədə Trend çərşənbə axşamı Anadolu agentliyinə istinadən məlumat verir.

Yeni pilotsuz təyyarə indiyədək dünyada istehsal edilən oxşarlarından çoxfunksionallığı ilə fərqlənəcək.

Yeni pilotsuz təyyarənin uzunluğu 6 metr, ümumi çəkisi isə 150 kiloqram olacaq. Yeni modelin ilk sınağı 2013-cü ilin avqustunda həyata keçiriləcək. Əgər aparatın istehsalı uğurlu alınarsa, "Tusaş" şirkəti 2014-cü ildə seriya istehsala başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti