...

ABŞ səfirliyi viza üçün yeni prosedurlara başlayır

Siyasət Materials 19 Dekabr 2012 17:42 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi dekabrın 27-dən etibarən yeni təkmilləşdirilmiş viza üçün müraciət və gün təyin etmə prosedurlarını həyata keçirəcək.
ABŞ səfirliyi viza üçün yeni prosedurlara başlayır

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/

ABŞ-ın Azərbaycandakı səfirliyi dekabrın 27-dən etibarən yeni təkmilləşdirilmiş viza üçün müraciət və gün təyin etmə prosedurlarını həyata keçirəcək. Bu barədə Trend-ə ABŞ səfirliyindən məlumat verilib.

Bu dəyişikliyin bir hissəsi olaraq, ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsumu ödəyəcəklər.

Hazırda ABŞ-ın Bakıdakı səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı ABŞ səfirliyində ödəyirlər. Dekabrın 27-dən sonra viza ərizəçiləri internet vasitəsilə DS-160 viza ərizə formasını doldurub viza müsahibəsinə yazılmalıdırlar.

Viza görüşünə yazılmaq üçün sayt: www.usvisa-info.com

Ərizəçilər viza üçün müraciət rüsumunun ödənişinə görüş təyin edilən zaman hazır olmalıdırlar. Ödənişlər kredit kartı ilə və ya Azərbaycanda təyin edilmiş bankda nağd şəkildə ödənilə bilər. Bu yeni prosedurlar haqqında məlumat gələn həftə açıqlanacaq.

Bu yeni görüş və ödəmə sistemi ABŞ səfirliyindəki bütün əvvəlki gün təyin etmə sistemlərini əvəz edəcək və bu, bütün ərizəçilərə - rezidentlərə və qeyri-rezidentlərə tətbiq ediləcək.

Dekabr 27-dən etibarən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilərlər və müsahibələr 3 yanvar 2013-cü ildən başlayacaq.

ABŞ səfirliyinin konsulluq şöbəsi 27 dekabr 2012-ci ildən 3 yanvar 2013-cü ilədək viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək.

Müraciətlər [email protected] elektron poçtuna göndərilməlidir.

Hətta yeni viza müraciət və gün təyin etmə prosedurları həyata keçirildikdən sonra təcili viza üçün görüş müraciətləri ayrı-ayrılıqda nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti