...

İran və Ermənistan arasında kənd təsərrüfatı sahəsində yeni saziş imzalanacaq

Siyasət Materials 20 Dekabr 2012 13:06 (UTC +04:00)
İran və Ermənistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.
İran və Ermənistan arasında kənd təsərrüfatı sahəsində yeni saziş imzalanacaq

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Cəfərov/

İran və Ermənistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq. Saziş bir neçə gündən sonra Ermənistanın Sünik rayonunun başçısının Şərqi Azərbaycan əyalətinə səfəri zamanı imzalanacaq. Bunu İranın Kənd Təsərrüfatı Nazirliyinin Şərqi Azərbaycan əyaləti üzrə idarəsinin rəhbəri Məsud Məhəmmədian deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

O, bildirib ki, yeni sazişə sasən, yaz və yay aylarında İranın Şərqi Azərbaycan əyalətinin köçəriləri öz heyvanlarını Sünik rayonunun ərazisində otara biləcəklər.

"Razılaşmaya əsasən, heyvanların Sünik rayonunda otlaması üçün icarə olunacaq ərazinin əvəzində İranın Şərqi Azərbaycan əyalətində istehsal olunan kənd təsərrüfatı texnikaları (traktor və digər avadanlıqlar) Ermənistana veriləcək", - Məhəmmədian deyib.

Onun sözlərinə görə, həmçinin İran Ermənistanın Gorus rayonunda sallaqxana və Qarakilsə (Sisyan) rayonunda yem məhsullarının istehsalı mərkəzini tikəcək. Burada iranlı və ermənistanlı iş adamları müştərək fəaliyyət göstərəcəklər.

Məhəmmədian deyib ki, sazişdə Şərqi Azərbaycan əyalətinin 5000 baş heyvanın 5 il müddətinə Sünik rayonu ərazilərində otarılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti