...

"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təsdiq edildi

Siyasət Materials 20 Dekabr 2012 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təsdiq edildi

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti