...

Dnepropetrovskda Dünya Azərbaycalılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Siyasət Materials 24 Dekabr 2012 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend /

Ukraynanın Dnepropetrovsk şəhərində qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycalılarının Həmrəylik Günü qeyd olunub.

Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) Trend-ə verilən məlumata görə, tədbir Ukrayna Mədəniyyət Nazirliyi, Dnepropetrovsk Vilayət Qubernatorluğu və UAK-ın Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə baş tutub.

Tədbirin açılışında Ukraynada Azərbaycan diasporunun lideri Rövşən Tağıyev bildirib ki, Dünya Azərbaycalılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində, həmçinin Ukraynada da diaspora üzvləri tərəfindən xüsusi qeyd olunur. Tağıyev, həmçinin Ukraynada yüksək tolerantlıq ab-havasının olduğunu qeyd edərək bildirib ki, bu ölkədə yaşayan 500 mindən çox azərbaycanlı özünü burada çox komfort hiss edir.

Çıxış edən Dnepropetrovsk vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov isə bildirib ki, 31 dekabr tarixi azərbaycanlıları dostluğa, ümumi xeyirxax işlərə çağırır. "Bütün dünya üzrə çoxmilyonlu azərbaycan xalqı yaşayır və hər bir azərbaycanlının borcu öz vətənini unutmamaqdır", - Muxtarov deyib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov öz çıxışında qeyd edib ki, Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətləri hər zaman olub və bu dostluq əbədi qalacaq.

UAK Dnepropetrovsk vilayət Konqresinin sədri Qüdrət Hacıyev isə vilayət ərazisində yaşayan azərbaycanlıların diaspor quruculuğunda yüksək fəallıq nümayiş etdirdiyini bildirib və təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib.

Tədbir diaspora işində fəallığı ilə seçilən bir qrup azərbaycanlı gənclərin mükafatlandırılması ilə davam edib. Sonra konsert proqramı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti