...

Azərbaycan Prezidenti Sumqayıtda mədəniyyət və istirahət parkında görülən abadlıq işlərinin gedişi ilə tanış olub

Siyasət Materials 24 Dekabr 2012 17:15 (UTC +04:00)
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtda Nəsimi adına mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Prezidenti Sumqayıtda mədəniyyət və istirahət parkında görülən abadlıq işlərinin gedişi ilə tanış olub

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Nəsimi adına mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.

Məlumat verildi ki, 100 hektara yaxın ərazisi olan Nəsimi parkında dövlətimizin başçısının tapşırığına əsasən abadlıq və yenidənqurma işlərinə 2011-ci ilin mayında başlanılmışdır. Parkda aparılan işlər "Göyərçin" abidə kompleksinə qədər olan ərazidə artıq yekunlaşmışdır.

Prezident İlham Əliyev abadlıq və yenidənqurma işlərinin yüksək keyfiyyətlə davam etdirilməsinə dair tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti