...

Saakaşvili Yeni ili Əfqanıstanda hərbiçilərlə birgə qarşılayacaq

Siyasət Materials 25 Dekabr 2012 16:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Yeni ili Əfqanıstanda gürcü hərbçilərlə birlikdə qarşılayacaq.

Gürcüstan Prezidenti Administrasiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Saakaşvili Helmənd əyalətindəki gürcü hərbi qulluqçuların "Şukvani" mövqeyində olacaq.

Qeyd edək ki, bu gün Əfqanıstanda Gürcüstandan 1 700 hərbi qulluqçu xidmət edir. NATO əməliyyatlarının keçirildiyi dövrdə Gürcüstan 20 hərbçisini itirib.

Hazırda Əfqanıstanda dekabrın 19-da itkin düşmüş gürcü hərbçinin axtarışı davam edir. Bu məqsədlə Gürcüstan SQ Birləşmiş Qərargahının rəis müavini Vaxtanq Kapanadzenin rəhbərlik etdiyi xüsusi qrup oradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti