Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir A.Tağıyeva/
Misir müxalifəti bir il müddətinə fövqəladə hökumətin yaradılmasına çağırır. Bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) keçmiş rəhbəri Əmr Musa bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.
Musanın sözlərinə görə, bir il müddətinə fövqəladə hökumətin yaradılması ölkənin yaşadığı siyasi və iqtisadi böhrandan çıxş olacaq.
Eyni zamanda, Misirin "Əl-Məsrəvi" qəzetinin məlumatına görə, çərşənbə günü səhər onlarla misirli Prezident Mursinin fəaliyyətinə qarşı etiraz edərək Konstitusiya Məhkəməsinin binası qarşısında toplaşıb.
Misirdə artıq bir neçə həftədir ki, Prezident Mursiyə qarşı etiraz edən on minlərlə insanın iştirakı ilə aksiyalar səngimir.