...

Gürcüstanın Baş naziri Azərbaycana səfərini müsbət qiymətləndirib

Siyasət Materials 3 Yanvar 2013 15:18 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili bu yaxınlarda Azərbaycana rəsmi səfərini müsbət qiymətləndirib.
Gürcüstanın Baş naziri Azərbaycana səfərini müsbət qiymətləndirib

Gürcüstan, Tbiliisi, 3 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili bu yaxınlarda Azərbaycana rəsmi səfərini müsbət qiymətləndirib. Trend-in məlumatına görə, bu barədə Bidzina İvanişvili Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşündə deyib.

Baş nazir, həmçinin qeyd edib ki, yeni məsələlərin və mövcud problemlərin həlli üçün yeni perspektivlər yaranıb.

QMİ sədrinin Tbilisiyə səfərində məqsədi Gürcüstan katolikos-patriarxı II İlianın intronizasiyasının 35 iliyi və anadan olmasının 80 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir.

Allahşükür Paşazadə Bakıya səfər etdiyinə görə İvanişviliyə təşəkkür edib.

"Ümid edirəm ki, sizin Baş nazir olduğunuz dövrdə Gürcüstan və Azərbaycan xalqları arasında dostluq münasibətləri daha da dərinləşəcək və sıx olacaq", - QMİ sədri qeyd edib.

Xatırladaq ki, İvanişvili ilk rəsmi xarici səfərini dekabrın 26-da Azərbaycana edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti