...

Aİ Azərbaycanda yeni layihələr həyata keçirəcək

Siyasət Materials 8 Yanvar 2013 10:12 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi 2012-ci il üzrə Avropa İnsan Hüquqları və Demokratiya Aləti və Qonşuluqda Vətəndaş Cəmiyyəti Mexanizmi çərçivəsində təkliflərin verilməsinə dəvət edir.
Aİ Azərbaycanda yeni layihələr həyata keçirəcək

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi 2012-ci il üzrə Avropa İnsan Hüquqları və Demokratiya Aləti və Qonşuluqda Vətəndaş Cəmiyyəti Mexanizmi çərçivəsində təkliflərin verilməsinə dəvət edir.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, təkliflərin verilməsinə dəvətin məqsədi Azərbaycanda insan hüquqları və demokratik islahatların təşviq olunmasında, eləcə də siyasi iştirak və təmsilçiliyin artırılmasında vətəndaş cəmiyyətinin rolunu gücləndirməkdir.

Təkliflərin verilməsinə dəvət iki lotdan ibarətdir, hər bir lotun öz konkret məqsədləri vardır.

1-ci lotda məqsəd azadlıqların (ifadə, media, toplaşmaq, assosiasiya və s.), pis rəftar və cəzasızlıq əleyhinə mübarizənin, mülkiyyət hüquqlarının təşviqində vətəndaş cəmiyyətini dəstəkləməklə insan hüquqları və demokratik islahatı dəstəkləmək; vətəndaş cəmiyyətini gücləndirmək yolu ilə insan hüquqları və demokratik prinsiplərə hörməti təşviq etmək, ədalət mühakiməsi və qanunun aliliyinə çıxışın təmin olunması sahələrəində təşəbbüsləri dəstəkləməklə vətəndaş cəmiyyətinin inklüsivliyini və plüralizmi artırmaq; ayrı-seçkiliyin qarşısını almaq və bərabərliyi, o cümlədən gender bərabərliyi və azlıqlara mənsub olan şəxslərin bərabərliyini təşviq etmək; insan hüquqları sahəsində işi yerinə yetirmələri üçün insan hüquqları müdafiəçilərinin potensialını artırmaqla və gələcəkdə onların fəaliyyətinin davamiyyətinə töhfə etməklə onları qorumaqdır.

2-ci lotda məqsəd Azərbaycanda növbəti prezident, bələdiyyə və parlament seçkilərində beynəlxalq standartlara uyğunluğu təşviq etmək və onları dəstəkləməkdir.

Təkliflərin verilməsinə bu dəvət üçün ayrılmış cəmi büdcə 2,200,000 avro və ya 2,266,000 manatdır.

Müraciətlərin təqdim edilməsi üçün son müddət 25 mart 2013 il tarixidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti