...

Azərbaycanda uşaqlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 9 Yanvar 2013 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanda uşaqlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti