Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/
Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər saxlanılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
Məlumata görə, Ceyhun Qubadovun ölüm faktı ilə bağlı açılan cinayət işinin maddəsi başqa maddə ilə tövsif olunub.
Cümə axşam yayılan rəsmi məlumatda bu faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlandığı bildirilmişdi.
Qeyd edək ki, daha əvvəl Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər saxlanılmişdı. Onlardan biri əsgər, digəri isə zabitdir.
Xatırladaq ki, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl dünyasını dəyişib.
Bəzi KİV-lər əsgərin meyitinin fotolarını yayıb, fotolarda onun xəsarətlər aldığı əks olunub.
Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər saxlanıldı