...

Azərbaycanın müxalif partiyası prezident seçkilərində iştirak etmək qərarına gəlib

Siyasət Materials 15 Yanvar 2013 20:59 (UTC +04:00)
Azərbaycanın müxalif Müasir Müsavat Partiyası (MMP) prezident seçkilərində iştirak etmək barədə qərar qəbul edib.
Azərbaycanın müxalif partiyası prezident seçkilərində iştirak etmək qərarına gəlib

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Azərbaycanın müxalif Müasir Müsavat Partiyası (MMP) prezident seçkilərində iştirak etmək barədə qərar qəbul edib.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib.

İclasda MMP-nin 2013-cü il prezident seçkisində namizədinin partiya sədri Hafiz Hacıyev olması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin 2013-cü ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti