Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.İsmayılov/
Nazirlər Kabineti "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nı təsdiq edib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında həyata keçirilən uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanıb.
Bu Qaydalar hökumətlərarası sazişlərə və Azərbaycanın Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) dərc edilmiş tələblərə uyğun olaraq Azərbaycanın ərazisi üzərindən ötüb keçən, habelə onun hava limanlarına və aerodromlarına uçuşlar yerinə yetirən pilotlu və pilotsuz uçuş aparatlarının (Azərbaycan Respublikasına və digər xarici dövlətlərə məxsus) Azərbaycanın hava məkanından istifadə qaydalarını müəyyən edir.
Qaydalarla daha yaxından tanış olmaq üçün http://cabmin.gov.az/?/az/pressreliz/view/893/ səhifəsinə müraciət etmək olar.