...

Aram Arutyunyan Ermənistan prezidentliyinə namizədliyini geri götürəcək və aclıq elan edəcək

Siyasət Materials 22 Yanvar 2013 15:37 (UTC +04:00)
Milli Həmrəylik Partiyasının lideri, Ermənistan Prezidenti vəzifəsinə namizəd Aram Arutyunyan bu gün jurnalistlərlə görüşündə bildirib ki, fevralın 8-də namizədliyini geri götürəcək.
Aram Arutyunyan Ermənistan prezidentliyinə namizədliyini geri götürəcək və aclıq elan edəcək

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Milli Həmrəylik Partiyasının lideri, Ermənistan Prezidenti vəzifəsinə namizəd Aram Arutyunyan bu gün jurnalistlərlə görüşündə bildirib ki, fevralın 8-də namizədliyini geri götürəcək.

Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Arutyunyan fevralın 7-də saat 05:00 radələrində Mərkəzi Seçki Komissiyasının binasının qarşısında aclığa başlayacaq və tələb edəcək ki, hər kəs namizədliyini geri götürsün.

O hesab edir ki, qarşıdakı prezident seçkilərində proqramlı mübarizə aparmaq mənasızdır. Onun sözlərinə görə, seçki bülletenlərində qalanlar hakimiyyəti legitimləşdirir. Namizədliyini geri götürənlər isə müstəqil olduqlarını göstərəcəklər.

"Vahid qərar odur ki, Serj Sarkisyanı təklikdə saxlamaq lazımdır", - Arutyunyan qeyd edib.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti