...

Ermənistan prezidentliyinə daha bir namizəd aclıq aksiyasına başlayıb

Siyasət Materials 7 Fevral 2013 18:14 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Aram Arutyunyan vəd etdiyi aclıq aksiyasına başlayıb.
Ermənistan prezidentliyinə daha bir namizəd aclıq aksiyasına başlayıb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd Aram Arutyunyan vəd etdiyi aclıq aksiyasına başlayıb. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, o, aclıq aksiyasını ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında keçirir.

Aclıq aksiyası bir sutka - sabah saat 17:00-dək davam edəcək. O bu hərəkəti ilə indiki dövlət başçısı Serj Sarkisyandan başqa digər namizədləri seçkilərdə iştirak etməməyə çağırır.

Arutyunyan aclıq aksiyasını başa çatdırdıqdan sonra namizədliyini geri götürməsi ilə bağlı bəyanatını MSK-ya təqdim edəcəyini bildirib.

Qeyd edək ki, prezidentliyə digər namizəd Andrias Qukasyan yanvarın 21-də başladığı aclıq aksiyasını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti