...

Pentaqon 3-cü ölkələrin vasitəsilə Suriya müxalifətinə silah ötürülməsi fikrini dəstəkləyib

Siyasət Materials 8 Fevral 2013 01:00 (UTC +04:00)
ABŞ müdafiə nazirliyi 2012-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazirlanan plana dəstək verib. Söhbət Bəşər Əsəd rejiminə qarşı döyüşən Suriyadakı müxalif döyüşçülərə regionda Vaşınqtona müttəfiq olan dövlətlət tərəfindən silah-sursatın ötürülməsindən gedir. Trend-in RİA Novosti-yə istinadən məlumatina görə, belə bir aciqlama ilə ABŞ konqresində keçirilən dinləmələr zamanı Amerika Silahlı qüvvələri baş qərargah rəislərinin birləşmiş komitə rəhbəri Martin Dempsi çıxış edib.
Pentaqon 3-cü ölkələrin vasitəsilə Suriya müxalifətinə silah ötürülməsi fikrini dəstəkləyib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Qəzvini/

ABŞ müdafiə nazirliyi 2012-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazirlanan plana dəstək verib. Söhbət Bəşər Əsəd rejiminə qarşı döyüşən Suriyadakı müxalif döyüşçülərə regionda Vaşınqtona müttəfiq olan dövlətlət tərəfindən silah-sursatın ötürülməsindən gedir.

Trend-in RİA Novosti-yə istinadən məlumatina görə, belə bir aciqlama ilə ABŞ senatında keçirilən dinləmələr zamanı Amerika Silahlı qüvvələri baş qərargah rəislərinin birləşmiş komitə rəhbəri Martin Dempsi çıxış edib.

Liviyadakı vəziyyyətə dair keçirilmiş dinləmələrdə Dempsi ilə birgə Pentaqon rəhbəri Leon Pannetta da iştirak edib. Senatorlar habelə hər iki amerikalı rəsmiyə Suriya ilə bağlı suallar da yönəldiblər. Martin Dempsi açiq şəkildə etiraf edib ki, ölkənin hərbi komandanlığı Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Devid Petreusun birbaşa yox, 3-cü ölkələrin əli ilə Suriyadakı müxalif döyüşçüləri silahla təchiz etmək planını dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti