...

Mixail Saakaşvili hökumətlə müxalifətin əməkdaşlığı üçün 4 şərt irəli sürdü

Siyasət Materials 9 Fevral 2013 02:28 (UTC +04:00)
Mixail Saakaşvili bildirib ki, o, parlamentdəki çoxluğa əməkdaşlıq təklif etmək istəyib. "Mən parlamentə gələrək əməkdaşlıq təklif etmək istəyirdim", bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Avlabaredəki igamətgahında çıxışı zamanı söyləyib.
Mixail Saakaşvili hökumətlə müxalifətin əməkdaşlığı üçün 4 şərt irəli sürdü

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Mixail Saakaşvili bildirib ki, o, parlamentdəki çoxluğa əməkdaşlıq təklif etmək istəyib.

"Mən parlamentə gələrək əməkdaşlıq təklif etmək istəyirdim", bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Avlabaredəki igamətgahında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, oktyabr ayının 1-dən Gürcüstan koabitasiya dövrünə daxil olub.

"Koabitasiya yeni əcnəbi sözdür və bir çoxları onun mənasını indi başa düşür. Əgər onu tərcümə etsək, o zaman, o, bizim xalqa bəlli olacaq. Onun mənası dinc birgəyaşayışdır. Bu, o deməkdir ki, müxtəlif institutlar, siyasi partiyalar vahid konstitusion evdə birgə yaşamalıdır" - deyə Saakaşvili bildirib.

Gürcüstan prezidenti hökumətlə müxalifətin əməkdaşlığı üçün 4 şərt də irəli sürüb. Saakaşvilinin bildirdiyi kimi, ilk növbədə gərək Gürcüstan suveren və müstəqil dövlət olsun.

"İkincisi, ölkədə konstitusion demokratiya, üçüncüsü, Gürcüstan sivil dövlət olmalıdır. Və dördüncüsü, Gürcüstan insanların azad yaşaya bildiyi ölkəyə çevrilməlidir. Bu, partiya ideyası deyil. Bu, milli ideyadır" - deyə Saakaşvili bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti