...

Fəzail Ağamalı: Əkrəm Naibovu müdafiə edənlər onlar qədər antimillidir və Azərbaycan xalqına xəyanət edən insanlardır

Siyasət Materials 14 Fevral 2013 16:19 (UTC +04:00)
Əkrəm Naibovu müdafiə edənlər elə Əkrəm qədər antimillidir və Azərbaycan xalqına xəyanət edən insanlardır. Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Eldar Namazovun, Rüstəm İbrahimbəyovun Əkrəm Əylislini dəstəkləməsinə münasibət bildirərkən deyib.
Fəzail Ağamalı: Əkrəm Naibovu müdafiə edənlər onlar qədər antimillidir və Azərbaycan xalqına xəyanət edən insanlardır

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Yazıçı Əkrəm Naibovu müdafiə edənlər elə Əkrəm qədər antimillidir və Azərbaycan xalqına xəyanət edən insanlardır. Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Eldar Namazovun, Rüstəm İbrahimbəyovun yazıçını dəstəkləməsinə münasibət bildirərkən deyib.

"Kim bu kitaba yox deyirsə, deməli, milli qüvvələrin, Azərbaycan xalqının yanındadır, yox əgər kimsə Əkrəm Naibovun Azərbaycan xalqını təhqir edən bu yazılarına haqq qazandırırsa, deməli o da Əkrəm kimi xəyanətkardır, Azərbaycan xalqının yanında ona da yer yoxdur", - Ağamalı bildirib.

Millət vəkili vurğulayıb ki, haradakı xalqın mənafeyi var, haradakı xalqın heysiyyatına toxunurlarsa, ziyalı da, adi vətəndaş da, məmur da, millət vəkili də, fərqi yoxdur, hər şeydən əvvəl onlar vətəndaşdırlar və vətəndaş mövqelərini ortaya qoymalıdırlar.

"Kim bu vətəndaş mövqeyini ortaya qoymursa, deməli o, ermənilərin yanındadır. Eldar Namazov da təzəlikcə qoşulub Əkrəmi müdafiə edənlərə, yəni Eldar Namazovda da artıq bu hisslər baş qaldırırsa, artıq o da istər-istəməz ermənilərin yanında olduğunu ortalığa qoyur. Ancaq Rüstəm İbrahimbəyovun hər zaman ermənilərlə dostluğundan bəhs edən yazıları, münasibətləri var idi, yəni bu, Rüstəm İbrahimbəyov üçün yeni bir hadisə deyil, o da Əkrəmin tayıdır", - Ağamalı deyib.

O, Əkrəm Əylislinin kitabı ilə bağlı qeyri-müəyyən mövqe tutanlara da öz münasibətini bildirib.

"Kim "Əkrəm Naibovun kitabını oxumamışam, xəbərim yoxdur" və digər müxtəlif bəhanələrlə münasibət bildirmək istəmirsə, bunlar mövqesiz insanlardır, bu cür mövqesiz insanların isə cəmiyyətdə heç zaman yeri və rolu ola bilməz. Çünki sən bu kitaba ya "hə", ya da "yox" deməlisən. Kim qeyri-müəyyən mövqe tutursa, elə o da Əkrəm kimi antimilli mövqe tutan bir insandır", - Ağamalı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti