...

Con Kerri: Suriya rejiminə təzyiqlər artırılmalıdır

Siyasət Materials 15 Fevral 2013 04:10 (UTC +04:00)
"Suriya rejiminə təzyiqlər artırılmalıdır və Suriya xalqının hüquqlarına hörmət edən liderləri dəstəkləməliyik".
Con Kerri: Suriya rejiminə təzyiqlər artırılmalıdır

Azərbaycan, Bakı, 15 fevral /Trend/

"Suriya rejiminə təzyiqlər artırılmalıdır və Suriya xalqının hüquqlarına hörmət edən liderləri dəstəkləməliyik". "Anadolu" agentliyinin məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

Kerri söyləyib ki, bu gün telefonla danışdığı Səudiyyə Ərəbistanının xarici işlər naziri Suud el-Faysal Suriyada 90 minə qədər insanın həlak olduğu bildirib.

ABŞ-ın dövlət katibi, həmçinin, bildirib ki, ölkədəki silahlı toqquşmalar ucbatından Suriyadan gedən vətəndaşların qəbul edilməsində qonşu dövlətlərin üzərinə yük düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti