...

"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edildi

Siyasət Materials 15 Fevral 2013 16:19 (UTC +04:00)
Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya maliyyə təminatı haqqında sertifikat verilməsi üçün dövlət rüsumu müəyyən olunub.
"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edildi

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/

Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya maliyyə təminatı haqqında sertifikat verilməsi üçün dövlət rüsumu müəyyən olunub.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna edilən əlavəyə əsasən, bu sertifikatın verilməsi üçün dövlət rüsumu 50 manat məbləğində təsdiq olunub.

Həmçinin, qanunda "Azərbaycan Respublikasının Bayrağı" sözləri "Azərbaycan Respublikasının Dövlət Bayrağı" sözləri ilə əvəz olunub.

Milli Məclisin cümə günü keçiriən iclasında "İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi təsdiq olunub. Trend-in məlumatına görə, qanun layihəsini İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib.

Səmədzadə deyib ki, gələcəkdə Azərbaycanın bu təşkilatda iştirak imkanları genişlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti