...

Yerevanın bir neçə seçki məntəqəsində hazırkı prezidentin xeyrinə açıq səsvermə keçirilib

Siyasət Materials 18 Fevral 2013 15:36 (UTC +04:00)
Ermənistanda saat 12:30-a olan vəziyyətə görə, vətəndaşlardan daxil olan bəzi siqnallara əsasən, Yerevanın bir sıra seçki məntəqələrində hazırkı dövlət başçısı, hazırki Prezident Serj Sarkisyanın xeyrinə açıq səsvermə keçirilib.
Yerevanın bir neçə seçki məntəqəsində hazırkı prezidentin xeyrinə açıq səsvermə keçirilib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Ermənistanda saat 12:30-a olan vəziyyətə görə, vətəndaşlardan daxil olan bəzi siqnallara əsasən, Yerevanın bir sıra seçki məntəqələrində hazırkı dövlət başçısı, hazırki Prezident Serj Sarkisyanın xeyrinə açıq səsvermə keçirilib. Bu barədə Trend "1in.am"a yazır.

Habelə 7/27 və 7/28 saylı seçki məntəqələrində administrasiya rəhbərinin keçmiş müavini Armen Baqdasaryan və Karapet adlı şəxslərin bilavasitə müdaxiləsi ilə başqa şəxslərin yerinə açıq səsvermə keçirilib.

Bu barədə Qrant Baqratyanın seçkiqabağı qərargahının ictimaiyyətlə əlaqə üzrə münayəndəsi Karine Arutyunyan "1in.am"la söhbətində məlumat verib və seçki pozuntuları ilə bağlı daxil olan siqnalları təqdim edib.

O, həmçinin, 84 saylı məktəbin binasında yerləşən 03/03 seçki məntəqəsində hansısa ictimai qurumu təmsil etmədən yerli müşahidəçi vəsiqəsinə malik olan elə həmin məktəbin direktoru MDB müşahidəçilərini öz kabinetində "qəhvəyə qonaq edib" ki, bu da qanun pozuntusu hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti