...

Lavrovla Kerrinin görüşündə Suriya məsələsi əsas müzakirə mövzusu olacaq

Siyasət Materials 22 Fevral 2013 00:05 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerrinin görüşündə əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq.
Lavrovla Kerrinin görüşündə Suriya məsələsi əsas müzakirə mövzusu olacaq

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerrinin görüşündə əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland deyib.

Cümə axşamı Rusiya XİN və ABŞ Dövlət Departamenti bildirib ki, Lavrov və Kerri fevralın 26-da Berlində görüşəcək.

"Biz gözləyirik ki, onların danışıqlarında Suriya məsələsi əsas müzakirə mövzusu olacaq. Ruslar Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbini qəbul ediblər. Onlar Suriyanın xarici işlər nazirilə danışıqlar aparıblar. Dövlət katibinin və nazir Lavrovun danışdığı kimi biz tərəfləri masa arxasına əyləşməyə və hakimiyyətin ötürülməsi kimi siyasi prosesi başlatmağa inandırmaq üçün birgə işləmək istəyirik" - deyə Nuland əlavə edib.

Xəbər lenti

Xəbər lenti