...

Azərbaycan səfiri etimadnaməsinin surətini Anqola Prezidentinə təqdim edib

Siyasət Materials 22 Fevral 2013 16:32 (UTC +04:00)
Azərbaycanın Anqola Respublikasına təyin edilmiş ilk fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bu gün etimadnaməsini Anqola Respublikasının Prezidenti Joze Eduardo Duş Santuşa təqdim edib.
Azərbaycan səfiri etimadnaməsinin surətini Anqola Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Azərbaycanın Anqola Respublikasına təyin edilmiş ilk fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bu gün etimadnaməsini Anqola Respublikasının Prezidenti Joze Eduardo Duş Santuşa təqdim edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Anqolanın dövlət başçısına çatdırıb.

Azərbaycanlı diplomat iki ölkə arasında münasibətlər, münasibətlərin perspektivləri barədə niyyətlərini bildirib və ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çatdırmağa çalışacağını bildirib.

Öz növbəsində, Anqola Prezidenti iki ölkə arasında münasibətləri yüksək qiymətləndirdiyini, mövcud münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. Ölkələr arasında neft kimya, iqtisadi ticarət, kənd təsərrüfatı, texniki əməkdaşlıq, neft sahəsi üçün mütəxəssislərin hazırlanması və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti