...

Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti ilə görüşüb

Siyasət Materials 27 Fevral 2013 14:02 (UTC +04:00)
Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.
Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycan Müdafiə Nazirliyinin perspektiv əlaqələri və 30 iyun - 16 iyul 2013-cü il tarixində Bakıda keçiriləcək futbol üzrə hərbiçilərin birinci dünya kuboku barədə ətraflı müzakirələr aparılıb.

Nazir Səfər Əbiyev çempionatla bağlı öz təəssuratlarını bildirib və turnirin işinə uğur arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti