...

Azərbaycan hərbçiləri bir sıra təlim və kurslarda iştirak edəcəklər

Siyasət Materials 1 Mart 2013 10:09 (UTC +04:00)
Azərbaycan hərbçiləri mart ayında "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı əsasında keçiriləcək, eləcə də bir sıra digər tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri bir sıra təlim və kurslarda iştirak edəcəklər

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan hərbçiləri mart ayında "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı əsasında keçiriləcək, eləcə də bir sıra digər tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda 03-08 mart tarixlərində Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünüqiymətləndirmə üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü keçiriləcək.

Azərbaycan hərbiçiləri 05-07 mart tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryani ölkələrin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsində, 11-15 mart tarixlərində isə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən İrlandiyanın paytaxtı Dublin şəhərində "Combined Endeavor-2013" təliminin əsas planlaşdırma konfransında iştirak edəcəklər.

Bundan əlavə, Azərbaycan hərbçilərinin Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən 03- 05 mart tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq dalğıc kursunda, 04-08 mart tarixlərində İsveçin Kunqsaengen şəhərində "NATO Qərargah zabitəri üçün öyrənilmiş təcrübələr" kursunda, 04-08 mart tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursunda, 04-08 mart tarixlərində Pakistanın Karaçi şəhərində keçiriləcək "AMAN-2013" Çoxmillətli dəniz təlimində, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən 04-08 mart tarixlərində Litvanın paytaxtı Kaunas şəhərində keçiriləcək Kimyəvi, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kursunda, Azərbaycan -Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 11-14 mart tarixlərində keçiriləcək Almaniyanın Oberlauzits şəhərində "FELDBERG 13" səhra təlimində, 11-16 mart tarixlərində İngiltərədə London şəhərində keçiriləcək Silahlara nəzarət təlimində, 11-22 tarixlərində Türkiyənin İzmir şəhərində Hava əməliyyatları terminologiyası üzrə təməl kursunda, 11-22 mart tarixlərində Niderlandın Enschede şəhərində keçiriləcək Hərbi-mülki əməkdaşlıq üzrə qərargah zabiti kursunda, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən 11-13 mart tarixlərində Pakistanın Mürri şəhərində MTT Qərargah kursunda iştirak edəcəklər.

Martın 11-14-ü tarixlərində isə Azərbaycan -Ukrayna ikitərəfli əməkdaşlıq planına əsasən

Ukrayna Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıda səfərdə olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti