Azərbaycan, Bakı, 2 mart /Trend/
Türkiyə prezidenti Abdullah Gül bu ölkədə səfərdə olan ABŞ dövlət katibi Con Kerrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in "Anadolu" agentliyinə istinadən yaydığı xəbərdə deyilir ki, Çankaya Köşkündə baş tutan qəbul 50 dəqiqə çəkib.
Qəbulda Gül Kerriyə hazırda ABŞ dövlət başçısının köməkçisi Co Baydenin, müdafiə naziri Çak Heygelin və Kerrinin senator olduqları zaman, 5 il öncə Türkiyəyə etdikləri səfər zamanı çəkilmiş şəkili göstərib.
Gül həmin görüşün eyni məkanda baş tutduğunu, lakin müəyyən dəyişikliklər edildiyini bildirib.
"Bu, çox gözəldir. Bizə aid bir şey yaza bilərsinizmi? "Ən önəmli 3 insan" yazarsınızmı?" - deyə Kerri Gülə söyləyib.
Türkiyə prezidenti isə "Prezident Obama idarəçiliyinin ən önəmli 3 adamı mənimlə birlikdə" yazaraq şəkili imzalayıb və Kerriyə verib.
Təşəkkür edən Kerri "O günkü toplantını xatırlayıram. Əfqanıstandan buraya gəlmişdim" söyləyib.