...

Azərbaycan Parlamentinin deputatları əsgər ölümləri ilə bağlı məsələ qaldırıblar

Siyasət Materials 5 Mart 2013 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev /

Azərbaycan Parlamentinin deputatları əsgər ölümləri ilə bağlı məsələni qaldırıblar. Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputat Qənirə Paşayeva deyib ki, orduda baş verən untihar hadisələri ciddi narahatlıq doğurur və bu məsələlər hərtərəfli araşdırılmalıdır.

"Əgər bu intihar hadisəsidirsə intihar, əgər cinayət hadisəsidirsə cinayət faktı kimi qeydiyyata alınmalıdır", - o deyib.

O, gənclərin orduya çağırılmazdan əvvəl məktəblərdə hərbi hazırlıq dərslərinin keyfiyyətinin yüksəldilməsini təklif edib.

"SSRİ dövründə məktəblərdə hərbi tədris çox yüksək səviyyədə keçuirilirdi, gənclər silahla yaxından tanış olurdular və onlar orduya hazırlıqlı vəziyyətdə gedirdilər. Azərbaycanın bu günki durumunda hərbi tədrisin keyfiyyəti yüksəldilməlidir və gənclərə silahla davranış qaydaları öyrədilməlidir", - o deyib.

Paşayeva həmçinin bildirib ki, gənclər psixoloji cəhətdən də orduya hazır olmalıdırlar.

Deputat İqbal Ağazadə də əsgər ölümlərindən narahatçılığını ifadə edib və güc strukturlarının rəhbərlərinin hökumətin Milli Məclisin hesabatlarında iştirak etmələrini və hesabat vermələrini təklif edib. "Onlar əsgər ölümü ilə bağlı bizim suallarımızı cavablandırmalıdırlar", - Ağazadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti