...

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin yeri müəyyən olunub

Siyasət Materials 6 Mart 2013 10:33 (UTC +04:00)
Azərbaycanda ötən il cinayətlərin açılması 3,2 faiz yaxşılaşaraq 86,2 faiz təşkil edib.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin yeri müəyyən olunub

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda ötən il cinayətlərin açılması 3,2 faiz yaxşılaşaraq 86,2 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci il üzrə hesabatında bildirilir.

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin açılması 5,1 faiz yaxşılaşıb. Hesabatda qeyd olunur ki, təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmədən yayınan 2148 nəfər tutulub.

2012-ci ildə İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarışı elan edilmiş şəxslərin 67,4 faizi tutulub.

Qeyd olunur ki, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır və xüsusi ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti