...

Fransa Milli Assambleyasının prezidenti azərbaycanlılara qarşı zorakılığı kəskin tənqid edib

Siyasət Materials 6 Mart 2013 18:10 (UTC +04:00)
Fransa Milli Assambleyasının prezidenti Klod Bartolon assambleyanın binasında ermənilərin iki azərbaycanlını döyməsi ilə nəticələnən zorakılığı kəskin tənqid edib.
Fransa Milli Assambleyasının prezidenti azərbaycanlılara qarşı zorakılığı kəskin tənqid edib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir S.Ağayeva/

Fransa Milli Assambleyasının prezidenti Klod Bartolon assambleyanın binasında ermənilərin iki azərbaycanlını döyməsi ilə nəticələnən zorakılığı kəskin tənqid edib.

Azərbaycanın Fransadakı səfirinin insidentlə bağlı məktubuna cavab olaraq Milli Assambleyanın prezidenti bu zorakılığı ən kəskin formada qınayıb və bu məsəli ilə bağlı yekun mövqeni bildirmək üçün araşdırmanın nəticələrini gözlədiyini bildirib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib.

Milli Assambleyanın prezidenti səfirə ünvanladığı məktubda ümid etdiyini bildirib ki, gələcəkdə Fransanın qanunvericilik orqanı binasında belə insidentlərin baş verməməsi üçün tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti