...

Fransız ordusu Malini aprel ayından başlayaraq tərk edəcək

Siyasət Materials 6 Mart 2013 22:11 (UTC +04:00)
Fransanın prezidenti Fransua Olland bildirib ki, fransız ordusu Malini aprel ayından başlayaraq tərk edəcək.
Fransız ordusu Malini aprel ayından başlayaraq tərk edəcək

Azərbaycan, Bakı, 6 mart /Trend/

Fransanın prezidenti Fransua Olland bildirib ki, fransız ordusu Malini aprel ayından başlayaraq tərk edəcək. Trend-in RİA-Novostiyə istinadən verdiyi məlumata görə, ordunun son əməliyyatları mart ayının sonunadək sürəcək və yalnız aprel ayından başlayaraq, fransızlar Malini tərk etməyə başlayacaqlar.

Olland, həmçinin, bildirib ki, fransız ordusunun əməliyyat apardığı Malinin şimalındakı İforas dağ massivində bir neçə döyüşçü-lider məhv edilib.

"Terrorçu liderlər məhv ediliblər" - fransız ordusunun uğurlarından bəhs edən Olland əlavə edib.

O, deyib ki, terrorçu-döyüşçülərin əsas hissəsinin yerləşdiyi Qao şəhərində də növbəti əməliyyat keçiriləcək.

Xatırladaq ki, fransız ordusu yanvar ayının 11-dən başlayaraq, Malidə hərbi əməliyyatlar aparır.

Xəbər lenti

Xəbər lenti