...

İordaniya parlamenti Abdalla Ensuranı postunda saxladı

Siyasət Materials 10 Mart 2013 00:14 (UTC +04:00)
İordaniyanın yeni parlamenti ölkənin baş naziri Abdalla Ensuranı postunda saxladı. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, kral II Abdalla hələ ötən il Abdalla Ensuranı bu posta təyin etmişdi.
İordaniya parlamenti Abdalla Ensuranı postunda saxladı

Azərbaycan, Bakı, 10 mart /Trend/

İordaniyanın yeni parlamenti ölkənin baş naziri Abdalla Ensuranı postunda saxladı. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, kral II Abdalla hələ ötən il Abdalla Ensuranı bu posta təyin etmişdi.

Məlumatda bildirilir ki, İordaniya tarixində ilk dəfə olaraq, hökumətin başçısı parlament tərəfindən təyin olunur.

KİV-lərin xəbərinə görə, bununla kral II Abdalla ölkədə mükəmməl partiya sistemi yaratmaq niyyətindədir.

Qeyd edək ki, İordaniyada növbədən kənar parlament seçkiləri yanvar ayında keçirilib və aşağı palatada çoxluq kralın tərəfdarlarına aid olsa da, müxalifət 37 yer tuta bilib.

Xəbər lenti

Xəbər lenti