...

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 15 Mart 2013 18:04 (UTC +04:00)
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

"Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkədir. Ümidvaram ki, dünyada sülhün, sabitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu baxımdan Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı sivilizasiyalar və dinlərarası dialoqun, tolerantlığın təşviqinə yönəlmiş əməkdaşlığımızın hazırkı səviyyəsi məmnunluq doğurur.

Sizə möhkəm cansağlığı, uzun ömür, ümumbəşəri dəyərlərin təntənəsi və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm", deyə İlham Əliyev təbrik məktubunda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti