...

Obama: ABŞ ekoloji təmiz nəqliyyata sərmayə qoymalıdır

Siyasət Materials 17 Mart 2013 05:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

ABŞ yanacağın alternativ növlərindən istifadə olunan ekoloji təmiz nəqliyyat vasitələrinə sərmayə yatırmalıdır. Trend-in RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, bunu ABŞ-ın prezidenti Barak Obama deyib.

Onun qiymətləndirmələrinə görə, "yaşıl" texnologiyadan istifadə insanlar arasında yanacağın qiymətilə bağlı narazılıqlarını aradan qaldıracaq.

Qeyd edək ki, ABŞ administrasiyasında alternativ enerji mənbələrinin tapılması və istismarı üçün xərclər artırılır.

Əgər konqress üzvləri bu layihəni təsdiqləyərlərsə, işə 200 milyon dollar ayrılacaq.

Bu maliyyə isə ABŞ-ın şelfində hasil ediləcək neftdən əldə olunacaq.

Xəbər lenti

Xəbər lenti