...

Rusiya kəşfiyyatçıları Ermənistanda təlimlərə başlayıblar

Siyasət Materials 19 Mart 2013 18:14 (UTC +04:00)
Ermənistanda yerləşən Rusiya hərbi bazasının kəşfiyyatçıları coğrafi yerləşməsinə görə unikal olan Pambak dağ təlim mərkəzində 3 həftəlik təlimlərə başlayıblar.
Rusiya kəşfiyyatçıları Ermənistanda təlimlərə başlayıblar

Azərbaycan, Bakı, 19 mart /Trend/

Ermənistanda yerləşən Rusiya hərbi bazasının kəşfiyyatçıları coğrafi yerləşməsinə görə unikal olan Pambak dağ təlim mərkəzində 3 həftəlik təlimlərə başlayıblar. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.

"Təlim mərkəzinin xüsusi dağ-idman kompleksində hərbçilər dağ maneələrinin aşılması, dağlarda istiqaməti təyin etmə, dağlıq təchizat vasitəsilə keçid və qalxmaların aşılması ilə bağlı 15-dən çox fərqli tapşırıqları həyata keçirəcək, həmçinin 10-dan çox müxtəlif alpinist düyünlərinin bağlanması texnikasını mənimsəyəcəklər", - məlumatda qeyd olunur.

Təcrübəli təlimçilər tərəfindən 100 saatlıq dağ hazırlığı çərçivəsində kəşfiyyatçılar dağ təchizatını öyrənəcək, idman enişinə sahib olacaq, həmçinin sığorta ilə qayalara sərbəst dırmanma, su maneəsindən keçidin təşkil olunması nəzərdə tutulub.

Təlimlərin sonunda hərbi bazanın şəxsi heyəti ənənəvi olaraq hündürlüyü 2500 metr olan Şeqqel və Zamok dağlarına qalxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti