...

İsrail Türkiyədən üzr istədi

Siyasət Materials 22 Mart 2013 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend/

İsrailin baş naziri Binyamin Netanyahu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğandan 2010-cu ildə "Azadlıq gəmisi"ndə baş vermiş olaya görə üzr istəyib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bunu ABŞ diplomatlarından biri deyib.

Mənbə bildirir ki, Ərdoğan üzrxahlığı qəbul edib və əməkdaşlıq münasibətlərinin qurulması üçün razılıq verib.

Qeyd edək ki, Netanyahunun dəftərxanasından verilən məlumatda deyilir ki, İsrailin və Türkiyənin baş nazirləri arasında telefon danışığı da olub.

Bu danışıq isə ABŞ prezidenti Barak Obamanın İsrailə səfəri çərçivəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti