...

TBMM-in spikeri: İsrailin üzrxahlığını son dərəcə əhəmiyyətli haldır

Siyasət Materials 23 Mart 2013 05:50 (UTC +04:00)
TBMM-in spikeri Cəmil Çiçək İsrailin "Mavi Mərmərə" gəmisində baş vermiş olayla bağlı Türkiyədən üzr istəməsinə münasibət bildirib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, İsrailin üzrxahlığını son dərəcə əhəmiyyətli hal kimi dəyərləndirən spiker "bunu məmnuniyyətlə qarşılayırıq" deyib.
TBMM-in spikeri: İsrailin üzrxahlığını son dərəcə əhəmiyyətli haldır

Azərbaycan, Bakı, 23 mart /Trend/

TBMM-in spikeri Cəmil Çiçək İsrailin "Mavi Mərmərə" gəmisində baş vermiş olayla bağlı Türkiyədən üzr istəməsinə münasibət bildirib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, İsrailin üzrxahlığını son dərəcə əhəmiyyətli hal kimi dəyərləndirən spiker "bunu məmnuniyyətlə qarşılayırıq" deyib.

Çiçək deyib ki, Türkiyə hər zaman regionda sülhü və dünyada barışığı arzulayıb.

"Lakin bizim də İsraillə birlikdə daxil olduğumuz bu bölgə dünyanın ən qarışıq zonasıdır. Hələ də qan axır, göz yaşları axır, acılar yaşanır. Bunun da zərərini elə ilk növbədə Türkiyə görür. Bizim hüquq və haqlarımıza qarşı hər hansı təhdid olmadığı təqdirdə, biz heç bir ölkə ilə problem yaşamarıq və bundan sonra da belə olacaq. Məsələnin başa düşülməsi və həll olunması regiondakı sülhün əldə olunması baxımından əhəmiyyətlidir. Bizim İsrail xalqı ilə hər hansı problemimiz olmayıb, bu gün də yoxdur. Sadəcə yalnış siyasət yürüdülərkən, Türkiyə öz hüquqlarını qorumaq məcburiyyətində qalıb" - deyə Çiçək bildirib.

Onun sözlərinə görə, Türkiyə İsrail dövlətini tanıyan ilk ölkələrdəndir, ona görə də, əlaqələrin bundan sonra inkişaf etdirilməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti