...

Ötən il Aİ və Azərbaycan arasında siyasi dialoq baxımından aktiv olub

Siyasət Materials 3 Aprel 2013 13:26 (UTC +04:00)
2012-ci il Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında siyasi dialoq baxımından aktiv olub. Trend-in məlumatına görə,bunu çərşənbə günü Aİ-nin Bakıdakı ofisinin rəhbəri Rolan Kobia mətbuat konfransında deyib.
Ötən il Aİ və Azərbaycan arasında siyasi dialoq baxımından aktiv olub

Azərbaycan, Bakı, 3 aprel/Trend, müxbir A. Bədəlova/

2012-ci il Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında siyasi dialoq baxımından aktiv olub. Trend-in məlumatına görə, bunu çərşənbə günü Aİ-nin Bakıdakı ofisinin rəhbəri Rolan Kobia mətbuat konfransında deyib.

"Bu, Aİ-nin Azərbaycanla dialoqa və işləməyə hazır olduğunu göstərir" , - Kobia bildirib və Aİ-nin Azərbaycanla hərtərəfli dialoq qurmaq istədiyini əlavə edib.

Kobia Avropa Qonşuluq Siyasəti üzrə məruzənin əsas bəndləri barədə bəhs edib. Azərbaycana gəlincə, o qeyd edib ki, məruzədə ölkənin güclü və zəif tərəfləri barədə informasiya, həmçinin Azərbaycan üçün tövsiyələr var.

Kobia müsbət aspektlər sırasında əhəmiyyətli dərəcədə müsbət qalan makroiqtisadi göstəriciləri xatırladıb.

Kobia bildirib ki, Azərbaycan insan haqlarının müdafiəsi üzrə fəaliyyət planının reallaşdırılmasına başlayıb və məhkəmə islahatını davam etdirtib ki, bu da müsbət haldır.

O, həmçinin çirkli pulların yuyulmasI və insan alveri ilə mübarizədə Azərbaycanın əldə etdiyi irəliləyişi qeyd edib.

Kobianın sözlərinə görə, həmçinin enerji sahəsində strateji tərəfdaşlıqda əhəmiyyətli irəliləyiş əldə edilib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri TransAnadolu boru kəməri (TANAP) haqqında sazişi ratifikasiya ediblər və bu, Azərbaycan və Aİ arasında qarşılıqlı sərfəli tərəfdaşlığın möhkəmləndirilməsi yolunda vacib addım olub.

Kobianın sözlərinə görə, böyük irəliləyişin zəruri olduğu bəzi sahələr mövcuddur. O, assosiasiya haqqında saziş üzrə danışıqları vurğulayıb. Kobianın sözlərinə görə, bu baxımdan ötən iı çox fəal olub. Lakin o əlavə edib ki, bu məsələ üzrə son 4 il ərzində böyülk iş aparılıb.

"Biz bu danışıqları davam etdirmək niyyətindədyik və hesab edirik ki, hər iki tərəf üçün birlikdə işləmək baxımından yaxşı imkandır" , - Kobia deyib.

Kobia, həmçinin qeyd edib ki, Aİ tərəfdaşları üçün təşkilatın bütün tövsiyələrini səmərəli həyata keçirməyə kömək etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti