...

Qlobal Liderlər Şurası məqsədlərini və üzvlərininin siyahısını açıqlayıb

Siyasət Materials 23 Aprel 2013 14:46 (UTC +04:00)
Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək. Mərkəz rolunda isə Vaşınqton, Genevrə, İsgəndəriyyə və Bakı şəhərləri olacaq.
Qlobal Liderlər Şurası məqsədlərini və üzvlərininin siyahısını açıqlayıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Sülh Mədəniyyəti Fondu, Xarici Əlaqələr Şurası və dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə təsis olunmuş Qlobal Liderlər Şurası prioritet məqsədlərini açıqlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şuradan verilən məlumatda bildirilir ki, beynəlxalq münasibətlərdə təhdid, münaqişələrin, bərabərsizlik və ədalətsizlik anlayışlarının artması, son illər ərzində terror, müharibələr və işğal aktlarının intensivləşməsi cəmiyyətlər, dinlər, insanlar arasında qarşılıqlı şübhə və qorxu hallarına rəvac vermişdir.

Bu çərçivədə dözümlük və anlaşmanın təşviq edilməsi və dünyada yaranmış tarazlığın pozulmasının aradan qaldırılması üçün kollektiv siyasi iradənin yaradılması, mədəniyyətlər və insanlar arasında körpülərin qurulmasına ehtiyac heç zaman bu qədər aktual olmamışdır. Qlobal Liderlər Şurasının yaradılması məhz bu zərurətdən irəli gəlir.

Qlobal Liderlər Şurasının əsas məqsədləri sırasına sülh, təhsil, insan hüquqları, milli və beynəlxalq səviyyədə demokratiya və qarşılıqlı anlaşmanın təşviqi; ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə; beynəlxalq təşkilatlar arasında qarşılıqlı əlaqələrin təmin edilməsi daxildir. Bundan başqa, cəmiyyətin bütün sahələrində demokratik prinsip və təcrübələrin təbliği; dialoq, tolerantlıq və anlaşma əsasında birgə yaşama formaları, habelə təzyiq və zorakılığın bütün formalarının rədd edilməsi, resursların ədalətli bölgüsü, informasiya və bilik mübadiləsini də şura özünün prioritet məqsədləri elan etmişdir.

Qlobal Liderlər Şurasının üzvləri Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, YUNESKO-nun sabiq Direktoru Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT baş katibinin müşaviri Nafis Sadik, Əlahəzrət Kraliça Nur, Əlahəzrət Şeyxa Hissah bint Saad Əl-Sabah və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək. Mərkəz rolunda isə Vaşınqton, Genevrə, İsgəndəriyyə və Bakı şəhərləri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti