Siyavuş Novruzov: Rüstəm İbrahimbəyov da daxil olmaqla hamısı bir "jek" müdirinə dəyməz (MÜSAHİBƏ) (FOTO)

Siyavuş Novruzov: Rüstəm İbrahimbəyov da daxil olmaqla hamısı bir "jek" müdirinə dəyməz (MÜSAHİBƏ)  (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun ölkədəki müxalifət daxilində baş verən proseslərlə bağlı Trend-ə müsahibəsi

- Siyavuş müəllim, AXCP sədri Əli Kərimli mətbuata müsahibəsində Azərbaycanda demokratik seçki mühitinin olmadığını və müxalifətin seçkidə uğur qazanması üçün demokratik seçki mühitinin yaradılmasının vacibliyini vurğulayıb.

- Azərbaycanda həmişə azad, ədalətli və demokratik seçkilər keçirilib, ölkədə demokratik seçki mühiti var. Azərbaycan az ölkələrdən biridir ki, seçkini keçirmək üçün ciddi qanunvericilik bazası var, Azərbaycanda Seçki Məcəlləsi var, hansı ki, Avropanın bir çox dövlətlərində belə bir Seçki Məcəlləsi yoxdur. Bu Seçki Məcəlləsinin müddəaları bütün beynəlxalq təşkilatlar tərəfindən də bəyənilib. Qanunvericiliyə görə, Azərbaycanda dəfələrlə azad və ədalətli seçkilər keçirilib və indi də keçiriləcək. Azərbaycanda tam azad ictimai-siyasi mühit var, hər bir şəxs öz fikrini azad ifadə edə bilir, mətbuat orqanları çap olunur, istənilən adamı tənqid edirlər, hətta bəziləri təhqir də edirlər. Bu gün Azərbaycanda ən azad internet mühiti var və hər kəs öz fikrini internet, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırır. Həmçinin Azərbaycanda informasiya agentlikləri geniş şəkildə fəaliyyət göstərir, KİV-ə dövlət tərəfindən olan diqqət və qayğı heç bir ölkədə yoxdur.

Azərbaycanda iqtisadi inkişaf öz axarı ilə gedir, yeni iş yerləri açılır, sosial problemlər həll olunur. Yəni, bütün sahələrdə Azərbaycanda inkişaf gedir.

Azərbaycanda seçki mühitinə hazır olmayan və əhali tərəfindən qəbul olunmayan müxalifətin bir qrupudur. Xüsusilə Xalq Cəbhəsi və onun ətrafında olan bir neçə kiçik partiya seçki mühitinə hazır deyillər və ictimaiyyət tərəfindən dəstəklənmirlər. Xalq Cəbhəsi Partiyası ömrü boyu tərkibində islahat apara bilməyən bir təşkilatdır. Xalq Cəbhəsinin tərkibindən 8-dən artıq partiya yaranıb və bir şəxsin təşkilatı geri aparmaq nəticəsində təşkilatdan ayrı-ayrı qruplar çıxıblar. Bu gün Xalq Cəbhəsi və Əli Kərimlinin ətrafında olanlar onun cangüdənləri, sürücüləri, qohum-əqrabaları və bir necə gəncdir.

"Lenin gedib Razliv gölünün ətrafında görüşlər keçirən kimi, bunlar indi həmin pisxologiyadan kənara çəkilməyib"

- Siyavuş müəllim, AXCP regionlarda partiyanın yerli şöbələrinin görüş keçirməsinə maneçilik törədildiyini iddia edir. Bu iddialar nə dərəcədə həqiqətəuyğundur?

- Hər bir siyasi partiya öz tərəfdaşları ilə görüş keçirə bilər. Sadəcə olaraq bu gün öz namizədliyini elan edən artıq elə bilir ki, bu, prezidentliyə namizəddir və prezidentliyə namizəd kimi görüşlər keçirə bilər. Ölkənin qanunvericiliyi var, Seçki Məcəlləsində də bildirilir ki, namizədin irəli sürülməsi seçkilərin elan olunub qəzetlərdə dərc olunmasından sonra həyata keçirilə bilər. Həmin şəxs də namizədliyini irəli sürüb, lazım olan 40 min imzanı toplayıb, müvafiq sənədlərlə birlikdə təqdim edib, qeydiyyatdan keçdikdən sonra namizəd statusu alır. İndi hər adam axşam durub evində elan etsin ki, mən prezidentliyə namizədəm və yaxud da 5-6 dost-tanışı ilə yığışıb bir qərar qəbul etsin, bu, prezidentliyə namizədlik statusu vermir və bu da hər hansı bir qanun ilə tənzimlənmir. Bu,"Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla tənzimlənir və qanunda da göstərilir ki, əgər bu gün sən partiyanın ofisində bir görüş keçirdirsənsə, buyur görüş. Əgər ictimaiyyətlə görüşürsənsə, qabaqcadan xəbərdar etməlisən ki, filan vaxt filan yerdə mən bu tədbiri keçirmək istəyirəm.

Bilirsiniz ki, bu gün ölkədə təhlükəsizlik məsələləri var, təxribatlar ola bilər. Azərbaycan dövlətinin də borcu öz vətəndaşlarını qorumaqdır. Bu baxımdan da kim harada tədbir keçirmək istəyirsə, qabaqcadan xəbərdarlıq etməklə və onun təhlükəsizliyi təmin olunmaqla istənilən tədbiri keçirə bilər. Oğurluqla, gizli, qaçaqaçla hansısa evdə, hansısa həyətdə görüş keçirmək nə deməkdir? Biz hansı dövrdə yaşayırıq? İnqilab dövründə Lenin gedib Razliv gölünün ətrafında görüşlər keçirən kimi, bunlar indi həmin psixologiyadan kənara çəkilməyib, həmin psixologiyada görüşlər keçirirlər.

- Müxalifət vahid namizəd məsələsi ilə yekun qərar qəbul etməkdə vaxt azlığından danışır. Sizcə bununla bağlı qərar daha oncə qəbul edilməməlidirmi?

- Mənim yadımdadır ki, parlament seçkiləri elan olunmuşdu, amma bunlar hələ bilmirdilər ki, hansı dairədən hansı namizəd irəli sürəcəklər. Sonra da deyirlər ki, vaxt məhduddur. Yəni, siyasi partiya seçkiyə 6 ay qalmış bilməlidir ki, hansı dairədən hansı namizədi irəli sürəcək.

İndi də bunlar hələ namizədi müəyyənləşdirə bilməyiblər. Vahid namizəd anlayışı yoxdur, vahid namizəd anlayışı ondan ibarətdir ki, hamı deyir ki, vahid namizəd mənəm və bunların da heç biri digərinə güzəştə getməyəcək.

Xatirimdədir, 1998-ci ilin prezident seçkilərində rəhmətlik Əbülfəz Elçibəy xahiş elədi ki, onu vahid namizəd kimi qəbul etsinlər. Həmin vaxt Elçibəyin vahid namizəd olmağına İsa Qəmbər, Əli Kərimli və digərləri razılıq vermədi. Dedilər ki, hər kəs özü namizədliyini irəli sürsün. İndi də bilirlər ki, ölkədə prezident seçkiləri keçiriləcək. Yığışardılar, vahid namizədi müəyyən edərdilər. İndi oturub, üç-üç, beş-beş məsləhətləşmələr keçirdirlər. Bunların bizim üçün əhəmiyyəti yoxdur, çünki bizim namizədin alternativi yoxdur.

Sadəcə olaraq partiyaları hörmətdən düşdüyünə görə, bunlar öz partiyaları adından özlərini cəmiyyətə təqdim edə bilmirlər. Çünki hörmətsiz partiyadır, cəmiyyət qəbul etmir. Ona görə müxtəlif adlar qoyurlar - "el", "sel", Milli Şura, Milli Müqavimət Hərəkatı, İctimai Palata. Bir ilin içərisində nə qədər hərəkat yaradıblar? Eyni adamlardır, tərkibə baxırsan eynidir, çünki bunların xalqın qarşısına öz adı ilə çıxmağa hörməti və üzü yoxdur. Ümumiyyətlə, bunlar bolşevik psixologiyalı insanlardır, bunlar ad dalınca qaçırlar. Misal üçün, o vaxt utopik sosialistlər var idi, hərəsi bir cür düşünürdü, ondan sonra başqa-başqa qruplar yarandı. Azərbaycan müstəqillik əldə edən vaxt ortalığa məsələ atırlar ki, Milli Şura yaransın, nə bilim dövlət şurası yaransın.

"Eldar Namazov Rusiyanın agentidir"

- Yeri gəlmişkən, ötən günlərdə "El" hərəkatında yeni təyinetmələr oldu. Bundan əlavə son dövrdə müxalifət düşərgəsində Milli Şura adlanın qurumun yaradılmasına dair müzakirələr gedir. Ümumiyyətlə, bu qurumların perspektivini necə görürsünüz?

- Bu, "El" klubudur. Yəni, misal üçün, Şən və Hazırcavablar Klubu olur, başqa-başqa klublar olur. "El" də belə bir qrupdur, ictimai-siyasi hərəkat, dalğa deyil. Hərəkatın arxasında xalq qüvvələri durur. "El"də isə ordan-burdan qovulmuşlar, Rusiyanın agentləri, Azərbaycanda üç adamın yanında hörməti olmayan, yararsız rejissorlar, heç bir yerdə özünə yer qazana bilməyən adamlar toplaşıb. Eldəniz Quliyev var orda. O, ömründə bir ssenari yazıb, o da "Cin mikrorayonda", qurtardı getdi. Yəni Qarabağla bağlı, Azərbaycanın taleyüklü məsələləri ilə bağlı heç bir iş görməyib, adını da qoyub ziyalı. Sənin haran ziyalıdır? Sən rejissorsansa, bu o demək deyil ki, sən ziyalısan. Sənin nəyin ziyalıdır? Ziyalı kimi xalqın qarşısında hansı vəzifəni yerinə yetirmisən? Və yaxud da Eldar Namazov, oradan-ora qovulur, buradan-bura, Rusiyanın agentidir. "El" layihəsi də Rusiyanın bir layihəsi idi, amma gördülər ki, mənasızdır.

Deyirlər ki, guya Rüstəm İbrahimbəyov gələcək, Milli Şura yaradacaq. Rüstəm İbrahimbəyov kimdir axı? Olsa-olsa, yaxşı halda bir ssenarist ola bilər, o da olsa. Rüstəm İbrahimbəyov iki adama rəhbərlik etməyib, dövlət adamı deyil, dövlətçilikdə təcrübəsi yoxdur, siyasətdə təcrübəsi yoxdur, 70-dən yuxarı yaşı olan bir adam ömrü boyu bir "jek" müdiri belə işləməyib. Bu adam kimdir axı? Azərbaycanda gülüş doğurur? Guya bu gəlib rəhbər olacaq, ölkəni idarə edəcək, nə bilim nə. Guya Azərbaycan dağılıb gedir. Azərbaycanda inkişaf var, tərəqqi var. Onların hamısı bir yerdə Azərbaycanda bir "jek" müdirinə dəyməzlər. Yəni bir "jek" müdiri "El" hərəkatına yığışanları necə lazımdır idarə edər. Bunlar hamısı şoudur, seçki ərəfəsi olan məsələlərdir. Ona görə heç bir perspektivləri yoxdur, bir az gəzişəcəklər, orda-burda danışacaqlar, oturacaqlar, duracaqlar, bununla da yekunlaşacaq.

Baş Prokurorluq Bərdədə ölümlə nəticələnən dava barədə məlumat yaydı
Baş Prokurorluq Bərdədə ölümlə nəticələnən dava barədə məlumat yaydı
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi (FOTO)
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi (FOTO)
Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)
Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)
Loading Bars
Xəbər lenti
Ailəniz üçün əlavə kart alın, birlikdə daha çox millər qazanın!
Baş Prokurorluq Bərdədə ölümlə nəticələnən dava barədə məlumat yaydı
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi (FOTO)
İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur (FOTO)
Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)
Dövlət büdcəsi haqqında qanuna dəyişiklik təsdiqləndi
Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaq əvəzinə elektriklə işləyir (FOTO)
Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir (FOTO)
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
Avqustun 13-də dolların manata qarşı məzənnəsi
İsveçrədə koronavirusa yoluxma göstəriciləri kəskin artır
Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub (FOTO) (YENİLƏNİB)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edilib
DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçdi
“Twitter”də yeni funksiya işə düşüb
Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq
Bu il sosial ödənişlər 707 milyon manat artıb
Azərbaycan neftinin qiymətləri dəyişib
Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir
Salyanda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib (FOTO/VİDEO)
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələnib (VİDEO)
MİDA-nın keçirdiyi mənzillərin elektron satışı şəffaflığın təmin edilməsi baxımdan vacibdir - Ekspert
Buraxılış imtahanında iştirak etməyənlərin qəbul imtahanında iştirakına icazə verildi
Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
9 hakimin fəaliyyətinə xitam verilib (VİDEO)
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM
Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Bütün xəbərlər