...

Küveytli nazir: Azərbaycanın inkişafı bir çox ölkələr üçün nümunədir

Siyasət Materials 25 Aprel 2013 17:06 (UTC +04:00)
Azərbaycanın inkişafı və onun iqtisadiyyatının sürətli artımı dünyanın bir çox ölkələri üçün nümunədir.
Küveytli nazir: Azərbaycanın inkişafı bir çox ölkələr üçün nümunədir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Tağıyeva/

Azərbaycanın inkişafı və onun iqtisadiyyatının sürətli artımı dünyanın bir çox ölkələri üçün nümunədir. Bu barədə cümə axşamı Trend-ə açıqlamasında Küveytin əmək və sosial məsələlər naziri Zikra Aida Al Rəşidi bildirib.

"Azərbaycan inkişafın və tərəqqinin nümunəsi olduğundan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin iclasının Bakıda keçirilməsi çox əhəmiyyətlidir", - xanım Al Rəşidi deyib.

Onun sözlərinə görə, Azərbaycan və Küveyt arasında münasibətlər qədim tarixə malikdir və son dövrlərdə müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, mədəniyyət, turizm və təhsil sahələrində tərəfdaşlığın fəallaşması müşahidə olunur.

Nazir vurğulayıb ki, belə tədbirlər İƏT ölkələrinin əhalisinin sosial şəraitinin yaxşılaşdırılması və işsizlik səviyyəsinin azaldılması üçün yeni layihələrin və fəaliyyət sxeminin yaradılmasına imkan verir.

Qeyd edək ki, aprelin 25-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək və sosial müdafiə nazirlərinin iclası öz işinə başlayıb. İclasda Əfqanıstan, Banqladeş, Bəhreyn, Bruney, Türkiyə, Küveyt və digər ölkələrin əmək nazirləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti