...

Türkiyə ŞƏT dialoqu üzrə tərəfdaş statusu alıb

Siyasət Materials 26 Aprel 2013 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzrə dialoqda tərəfdaş statusu alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "TRT Haber" telekanalı xəbər yayıb.

Türkiyənin tərəfdaş statusu haqqında memorandumu cümə günü Almatıda Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu və ŞƏT-in baş katibi Dmitri Mezentsev imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti